...

Braziliyada koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötüb

Dünya xəbərləri Materials 8 Yanvar 2021 03:14 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 200 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində Braziliyada koronavirusa 87 843 yoluxma halı qeydə alınıb, 1 524 nəfər koronavirusdan ölüb.

Bildirilir ki, hazrıkı dövrədək koronavirusa yoluxanların ümumi sayı 7 961 673 nəfərə çatıb, onlardan 200 498 nəfər ölüb, 7 096 931 nəfər isə sağalıb.

Qeyd edilir ki, 664 244 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti