...

Türkiyə Prezidenti ilə Avropa Komissiyasının sədri arasında videoformatda görüş keçirilib

Dünya xəbərləri Materials 9 Yanvar 2021 23:28 (UTC +04:00)
Türkiyə Prezidenti ilə Avropa Komissiyasının sədri arasında videoformatda görüş keçirilib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında videoformatda görüş keçirilib.

Trend xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Avropa İttifaqı (Aİ) ölkələri arasındaki əlaqələrinin inkişafına dair prespektivlər və regional məsələlər müzakirə edilib.

Görüş əsnasında Prezident Ərdoğan Aİ-nın Türkiyənin gündəmdəki prioritet məsələ olduğunu və Türkiyənin gələcəyini Avropada gördüklərini ifadə edib.

Yeni ildə Aİ ilə münasibətlərdə yeni bir səhifə açmaq istədiklərini bildirən Prezident Ərdoğan, 2020-ci ili bəzi Aİ üzvlərinin kaprizləri və irəli sürdükləri süni problemlər səbəbindən yetərincə qiymətləndirilmədiyini və bu vəziyyətin yalnız münasibətlərin gələcəyi baxımından deyil, geniş ortaq coğrafiya baxımından da davamlı olmadığını deyib.

Görüş zamanı immiqrasiya, sərbəst viza və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Türkiyə ilə Avropa İttifaqı ölkələri arasında mütəmadi zirvə və yüksək səviyyəli dialoq görüşlərinin yenidən başladılmasında fayda var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti