...

Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib

Dünya xəbərləri Materials 10 Yanvar 2021 15:35 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 22 851 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 401 954 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 61 837 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 778 889 şəxs virusdan sağalıb, 561 228 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti