...

ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 15 Yanvar 2021 23:34 (UTC +04:00)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ hökuməti Kubanın daxili işlər naziri Lasaro Alberto və onun rəhbərlik etdiyi quruma qarşı sanksiya tətbiq edib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ Kubadakı insan haqları sahəsindəki ağır vəziyyətlə məşğul olmaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə davam edəcək".

Nazirliyin yeni qərarında sonra ABŞ vətəndaşları sanksiya tətbiq edilən şəxslə və nazirliklə hər hansı iş görməsi qadağan olunur. Belə hal aşkarlandığı halda həmin şəxsin əmlakı həbs ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti