...

İtaliya prezidenti hökumətin formalaşdırılmasını Avropa Mərkəzi Bankının sabiq rəhbərinə həvalə edəcək

Dünya xəbərləri Materials 3 Fevral 2021 07:39 (UTC +04:00)
İtaliya prezidenti hökumətin formalaşdırılmasını Avropa Mərkəzi Bankının sabiq rəhbərinə həvalə edəcək

Bakı. Trend:

İtaliya Prezidenti Sercio Mattarella nazirlər kabinetinin formalaşdırılmasını Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqiyə həvalə edəcək.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, bunu İtaliya prezidentinin mətbuat katibi Covanni Qrasso deyib.

C.Qrasso bildirib: "Prezident Sercio Mattarella çərşənbə günü yerli vaxtla saat 12:00 üçün (Bakı vaxtı ilə saat 15:00) Mario Draqini çağırıb".

Daha əvvəl, İtaliya prezidenti ilkin təcili vəzifələri həll etmək üçün "böyük nüfuza" sahib olacaq bir hökumətin qurulmasına təlimat vermək niyyətində olduğunu açıqlamışdı. M.Draqinin prezident tərəfindən çağırılması baş nazir Cuzeppe Kontenin istefasından sonra nazirlər kabinetinin formalaşdırılmasının istəniləcəyi deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti