Danimarkada "korona-pasport"lar tətbiq olunacaq

Bakı. Orxan Nəbiyev - Trend:
Danimarkanın Sənaye Konfederasiyası və Ticarət Palatası ölkədə "korona-pasport"ların tətbiq olunması barədə razılıq əldə edib.
Trend-in məlumatına görə, təklif olunan pasportlarda şəxsin peyvəndllənməsi barədə məlumat yer alacaq.
Bu cür pasportların ölkədə işgüzar həyatın bərpa olunmasına kömək edəcəyi gözlənilir. "Korona-pasport"ların verilməsinə yaxın zamanlarda başlanılacaq və ilk növbədə işgüzar səfərlər həyata keçirən şəxslərə təqdim olunacaq.
"Korona-pasport"lar bərbər və masajçı kimi peşə sahiblərinə öz fəaliyyətini bərpa etməyə icazə verəcək. Həmin pasporta sahib olan sakin restoranlara, musiqi festivallarına və idman tədbirlərinə gedə biləcək.
Xəbər lenti
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)