...

Ermənistanda daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 6 Fevral 2021 02:05 (UTC +04:00)
Ermənistanda daha bir zəlzələ olub

Bakı. Trend:

Ermənistanda 3,7 bal gücündə zəlzələ baş verib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şorja kəndindən (Yerevandan 110 kilometr şərqdə) 5 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınmışdı. Zəlzələ Azərbaycanın sərhəd bölgəsində - Qazax,Tovuz, Gədəbəy,Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti