...

İranda bu həftə vaksinasiyaya başlanılır

Dünya xəbərləri Materials 6 Fevral 2021 13:12 (UTC +04:00)
İranda bu həftə vaksinasiyaya başlanılır

Bakı. Elnur Bağışov - Trend:

İranda vaksinasiya bu həftədən Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin müəyyən etdiyi prioritetlərə əsasən başlanacaq.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Komitəsinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, ilk vaksin partiyası artıq ölkəyə gətirilib. İlk mərhələdə tibb işçilərinin vaksin olunması əhəmiyyətli məsələdir. Növbəti mərhələdə yaşlılar və xroniki xəstəlikləri olan şəxslərə vaksin vurulacaq. Təxminən 2 ay ərzində qeyd olunan şəxslərin vaksinasiyasının başa çatdırılması nəzərdə tutulub.

Ruhani əlavə edib ki, İran əhalisi təxminən 84 milyon nəfərdir. Vaksinin istehsal olunması İranın prioritetidir. İran koronavirus əleyhinə yetərincə vaksin istehsal etməlidir. Bütün proseslər nəzərdə tutulduğu kimi irəliləyərsə, İranda 5-6 ay ərzində insanların vaksin olunması mümkündür.

İran prezidenti deyib ki, bir neçə ay sonra İranın öz vaksinlərinin kütləvi istehsalına başlanacağı ehtimal edilir.

Qeyd edək ki, İran Rusiyaya 2 milyon doza “Sputnik V” vaksini sifariş verib. Bu vaksinin 500 min dozalıq partiyası ötən gün İrana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti