...

Rusiya ilə Türkiyə arasında kosmik sahədə əməkdaşlıq barədə saziş hazırlanır

Dünya xəbərləri Materials 10 Fevral 2021 14:06 (UTC +04:00)
Rusiya ilə Türkiyə arasında kosmik sahədə əməkdaşlıq barədə saziş hazırlanır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya və Türkiyə kosmik sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün ikitərəfli hökumətlərarası sazişin hazırlanması üzrə iş aparır.

Trend-in məlumatına görə, bu barədə "Roskosmos" şirkəti bildirib.

Qeyd olunub ki, bu saziş ölkələr arasında kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafının əsasını qoyacaq.

Bundan başqa, "Roskosmos" Türkiyə tərəfi ilə kosmik sahədə tamformatlı əməkdaşlığı müzakirə etməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti