...

İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib

Dünya xəbərləri Materials 14 Aprel 2021 08:54 (UTC +04:00)
İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib

Bakı. Trend:

İranın nüvə sazişi üzrə Birgə Komissiyanın iclasının vaxtı dəyişdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

Onun sözlərinə görə, danışıqlar aprelin 15-i keçiriləcək:

"Əvvəlki proqrama əsasən, "4+1" formatında nüvə sazişi üzrə danışıqlar aprelin 14-ü keçirilməli idi. Lakin Avropa İttifaqının siyasi məsələlər üzrə nümayəndə heyətinin bir üzvünün koronavirusa yoluxması və tibbi protokollara riayət etmə ehtiyacı səbəbiylə bu iclas aprelin 15-i keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti