...

Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb

Dünya xəbərləri Materials 14 Aprel 2021 08:22 (UTC +04:00)
Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 82 186 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 599 994 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 808 nəfər ölüb, ölənlərin ümumi sayı 358 425 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti