...

Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub

Dünya xəbərləri Materials 18 Aprel 2021 01:07 (UTC +04:00)
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub

Bakı. Trend:

Hindistanda koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti polisə istinadən bildirib.

Məlumata əsasən, yanğın Raypur şəhərində yerləşən xəstəxanada olub.

Hadisə nəticəsində ən azı dörd nəfər həlak olub.

Bildirilib ki, yanğına səbəb ventilyatorda qısa qapanma olub, bundan sonra alov digər palatalara yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti