...

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat: 100-ə yaxın həbs olunan var

Dünya xəbərləri Materials 26 Aprel 2021 11:26 (UTC +04:00)
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat: 100-ə yaxın həbs olunan var

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın cənubundakı Bari şəhərində mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 99 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində mafioz fəaliyyət, narkotik ticarəti, qanunsuz silah saxlama, hədə-qorxu və digər ittihamlar irəli sürülüb.

Ümumilikdə istintaqa Strişulyo klanına mənsub olan 147 nəfər cəlb olunub. Saxlanılanlardan 96 nəfəri həbs olunub, 3 nəfəri ev həbsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti