...

İranda koronavirusdan ölənlərin sayı 71 minə çatır

Dünya xəbərləri Materials 28 Aprel 2021 13:47 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 71 minə çatır

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 434 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 70 966 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində 21 713 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 459 906 nəfərə çatıb. Virus daşıyıcılarından 5 338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 923 081 nəfər koronavirusdan sağalıb, 15,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 938 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 744 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 194 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti