...

Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 5 May 2021 15:14 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliya digər Avropa ölkələri ilə birgə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat İtaliya ilə yanaşı, Almaniya, İspaniya və Rumıniyada aparılıb.

Əməliyyat çərçivəsində "Ndrangeta" mafiyasının 30-a yaxın üzvü saxlanılıb, milyonlarla avro məbləğində əmlak müsadirə edilib.

Əməliyyatda İtaliyada 300-ə yaxın, Rumıniya, İspaniya və Almaniyada 500-ə yaxın polis iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti