...

ABŞ-da yük qatarı relsdən çıxdı

Dünya xəbərləri Materials 17 May 2021 06:44 (UTC +04:00)
ABŞ-da yük qatarı relsdən çıxdı

Bakı. Trend:

ABŞ-ın Ayova ştatının Sibli şəhəri yaxınlığında yanacaq materialları daşıyan yük qatarı körpünün çökməsi nəticəsində relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə KTIV televiziya kanalı bildirib.

Məlumata əsasən, qəzadan sonra yanğın başlayıb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası, habelə təhlükəli kimyəvi maddələrlə işləyən mütəxəssislər gəlib. 8 km radiusda evakuasiya elan edilib.

Mümkün yaralılarla bağlı məlumat hələ verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti