Bakı. Trend:
Rusiyada ötən sutka ərzində koronavirusa 9 163 yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 5 126 437 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 7 369 nəfər sağalıb, 351 nəfər isə vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan sağalanların sayı 4 736 446 nəfər, ölənlərin sayı isə 123 787 nəfər təşkil edir.