...

Ərdoğan Türkiyənin S-400-lə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib

Dünya xəbərləri Materials 15 İyun 2021 02:32 (UTC +04:00)
Ərdoğan Türkiyənin S-400-lə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Vaşinqton arasındakı fikir ayrılıqları kontekstində olmaqla ABŞ prezidenti ilə görüşün nəticələrini şərh edib.

Trend-in verdiyi məlumata əsasən, R.T.Ərdoğan bildirib: "Türkiyənin S-400 tədarükü ilə əlaqədar mövqeyi dəyişməz olaraq qalır. Ölkəmizin mövqeyini cənab Prezident [Cozef Bayden]in diqqətinə çatdırdım. Eyni şey F-35 proqramına da aiddir. İki müttəfiqə və strateji tərəfdaşa layiq olan şəkildə [Bayden] ilə səmərəli və müntəzəm olaraq birbaşa dialoq kanallarından istifadə barədə razılığa gəldik ”

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə-ABŞ münasibətlərində həlli olmayan bir problem yoxdur. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığın miqyası fikir ayrılığından daha geniş və dəyərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti