...

İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb

Dünya xəbərləri Materials 19 İyun 2021 02:40 (UTC +04:00)
İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb

Bakı. Trend:

İranda prezident seçkilərində səsvermə vaxtı rəsmi olaraq saat 02:00-da başa çatıb. Eyni zamanda, seçicilərin hələ də olduğu bəzi məntəqələr fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə seçkilərin keçirilməsi üzrə qərargahdan bildiriblər.

Həmin açıqlamanı Gənc Jurnalistlər Klubu agentliyi yayıb: "Səsvermə müddəti başa çatıb. Hazırda səsvermə yalnız insanların qaldığı məntəqələrdə davam edir".

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti