...

Ermənistan Prokurorluğu seçkilərdəki qanun pozuntuları ilə bağlı 6 cinayət işi açıb

Dünya xəbərləri Materials 21 İyun 2021 01:32 (UTC +04:00)
Ermənistan Prokurorluğu seçkilərdəki qanun pozuntuları ilə bağlı 6 cinayət işi açıb

Bakı. Trend:

Ermənistan Prokurorluğuna növbədənkənar parlament seçkiləri zamanı qanun pozuntuları ilə bağlı 319 məlumat daxil olub, 6 cinayət işi açılıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, qanun pozuntuları barədə məlumatlardan 68-i KİV-lərdən, 127-si fiziki şəxlərdən, 17-si sosial şəbəkələrdən, 107-si isə polis əməkdaşlarından əldə edilib.

Bildirilir ki, daxil olan məlumatlardan 169-u yoxlanılması üçün polisə yönləndirilib, 150-si isə materialların hazırlanması üçün istintaqa və ya ibtidai istintaqa göndərilib. Bunlardan 6-sı üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti