...

Rusiya Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib

Dünya xəbərləri Materials 23 İyun 2021 03:32 (UTC +04:00)
Rusiya Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib

Bakı. Trend:

Moskvanın Jitnaya küçəsindəki, Rusiya Daxili İşlər Nazirliyinin binasında tüstülənmə aradan qaldırılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Baş ofisdən bildirilib: "Altıncı mərtəbədəki texniki otaqlardan birində çıxan tüstü tədricən dağılıb. Xəsarət alan yoxdur".

Daxili İşlər Nazirliyi, öz növbəsində, soyutma sisteminin həddindən artıq yüklənməsinin server otağında tüstü çıxmasına səbəb olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti