...

Yaponiyanın cənubunda sakinlərə leysan yağışlar səbəbindən təxliyyə olması barədə çağırış edilib

Dünya xəbərləri Materials 29 İyun 2021 05:57 (UTC +04:00)
Yaponiyanın cənubunda sakinlərə leysan yağışlar səbəbindən təxliyyə olması barədə çağırış edilib

Bakı. Trend:

Yaponiyanın Okinava prefekturasında güclü yağış səbəbindən artan təhlükə barədə xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib.

Yerli sakinlərə ən qısa müddətdə təyin olunmuş evakuasiya mərkəzlərinə təxliyyə olunmağı tövsiyə olunub. Xilasetmə xidmətlərindən bildirilib ki, leysan yağışların səbəb olduğu daşqın barədə məlumat prefekturanın bir çox şəhər və rayonundan gəlib.

Yerli meteoroloqların verdiyi məlumata görə, Okinavanın bəzi yerlərində yağış miqdarı saatda 30 mm-dən çoxdur, lakin 70 mm-ə qədər arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti