Bakı. Trend:
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Trend-in "TASS"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər regional məsələləri, o cümlədən Əfqanıstanda vəziyyətin gərginləşməsini müzakirə ediblər:
"Dövlət başçıları Əfqanıstanda vəziyyətin gərginləşməsi də daxil olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli gündəlikdəki məsələlərə dair müzakirələr zamanı Rusiya-Özbəkistan arasında strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin inkişafına yüksək qiymət verilib".