...

Qətər turist vizalarının verilməsini bərpa edəcək

Dünya xəbərləri Materials 8 İyul 2021 23:41 (UTC +04:00)
Qətər turist vizalarının verilməsini bərpa edəcək

Bakı. Trend:

Qətər iyulun 12-dən keçən il koronavirus pandemiyası səbəbindən dayandırılmış olan ailə və turist vizalarının verilməsini bərpa edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Qətərə səyahət və qayıtmaq üzrə dövlət siyasətinin yenilənməsi, həmçinin Səhiyyə Nazirliyinin koronavirusla bağlı son tövsiyələrini nəzərə alaraq iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa etmək qərarı qəbul edilib".

Qeyd edək ki, daha əvvəl Qətarin Səhiyyə Nazirliyi iyulun 12-dən başlayaraq Qətərə giriş üçün yeni qaydaları açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti