...

Haiti prezidentini qətlə yetirən silahlı qruplaşmanın üzvlərinin kimliyi müəyyən edilib

Dünya xəbərləri Materials 9 İyul 2021 07:36 (UTC +04:00)

Bakı. Trend:

Haiti prezidenti Jovenel Moizi qətlə yetirən silahlı qruplaşmanın 26 üzvü Kolumbiya vətəndaşı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı Haitinin Milli Polisinin rəhbəri Leon Şarl deyib.

Onun sözlərinə görə, 28 nəfərdən ibarət silahlı qruplaşmanın üzvlərinin kimliyi müəyyən edilib: "Biz 28 qatilin kimliyini müəyyən etmişik: onlardan 26-sı kolumbiyalı, 2-si isə haitilidir. Qruplaşmanın 26 kolumbiyalı üzvündən 15-i və 2 haitili artıq tapılıb".

L.Şarl əlavə edib ki, qruplaşmanın digər üzvlərinin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti