...

Yaponiyada 400 mindən çox insan üçün leysan yağışlara görə təxliyyə təlimatı verilib

Dünya xəbərləri Materials 10 İyul 2021 08:30 (UTC +04:00)
Yaponiyada 400 mindən çox insan üçün leysan yağışlara görə təxliyyə təlimatı verilib

Bakı. Trend:

Yaponiyanın qərbində 400 mindən çox insan ölkənin bu bölgəsində davam edən leysan yağışları səbəbindən təxliyyə üçün tövsiyə və təlimat alıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiya ictimai televiziyası xəbər verib.

Qeyd olunub ki, ölkənin üç prefekturasında - Kaqoşima, Kumamoto və Miyazaki prefekturasında ən azı 240 min insan üçün yerli hakimiyyət fəlakətlə əlaqədar təcili təxliyyə edilməsini nəzərdə tutan ən yüksək təhlükə səviyyəsini elan edib.

Ən azı 160 min nəfər üçün evakuasiya tövsiyəsini də əhatə edən daha aşağı təhlükə səviyyəsi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti