...

İtaliyada sürücü yanan avtobusdan uşaqları xilas edib

Dünya xəbərləri Materials 13 İyul 2021 17:29 (UTC +04:00)
İtaliyada sürücü yanan avtobusdan uşaqları xilas edib

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın şimalındakı Lekko əyalətində uşaqları aparan avtobus yanıb.

Trend-in məlumatına görə, sürücü avtobusda olan 25 nəfəri xilas edə bilib.

Qeyd olunur ki, yanğın Komo gölünün sahilində avtobus tuneldən keçərkən başlayıb. Sürücünün çevik reaksiyası nəticəsində xəsarət alan olmayıb.

Avtobusda yanğının söndürülməsi üçün 5 yanğınsöndürən maşını cəlb olunub.

Xəbər lenti

Xəbər lenti