...

İranda 226 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 22 İyul 2021 14:53 (UTC +04:00)
İranda 226 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 226 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 88 013 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 20 313 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 623 840 nəfərə çatıb. Virus daşıyıcılarından 4 628 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 204 136 nəfər koronavirusdan sağalıb, 25,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 9,67 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 7,34 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,33 min təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti