...

Aİ yeniyetmələrin "Moderna" peyvəndi ilə vaksinasiyasına icazə verdi

Dünya xəbərləri Materials 24 İyul 2021 01:25 (UTC +04:00)

Bakı. Trend:

Avropa Dərman Agentliyi 12-17 yaşlı yeniyetmələrin "Moderna" şirkətinin istehsal etdiyi "Spikevax" peyvəndi ilə vaksinasiyasına icazə verib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, daha əvvəl Avropa Dərman Agentliyi yeniyetmələrin "Pfizer/BioNTech" peyvəndi ilə vaksinasiyasına icazə vermişdi.

Məlumata əsasən, yeniyetmələr də standart sxmelə peyvənd olunacaqlar. Belə ki, birinci dozanın vurulmasından 4 həftə sonra ikinci doza vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti