...

Yaponiyanın sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Avqust 2021 03:35 (UTC +04:00)
Yaponiyanın sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Sakit okeanda Yaponiyanın Honşu adasının şərq sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri İvaki şəhərindən 118 km cənub-şərqdə (əhalisi təxminən 357 min nəfər), ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti