...

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 5 Avqust 2021 16:15 (UTC +04:00)
Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin cənub-şərq vilayətlərində Daxili İşlər Nazirliyinin həyat keçirdiyi antiterror əməliyyatları davam edir.

Trend-in məlumatına görə, son sutka ərzində Van vilayətində 3, Mardin vilayətində 1 terrorçu zərərsizləşdirilib.

Terrorçulardan birinin axtarışda olan PKK mənsubu Süleyman Öztürk olduğu bildirilib.

Bölgədə "Ərən" antiterror əməliyyatları davam etdirilir.

Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti