...

Türkiyədə son sutkada koronavirusdan 14 954 nəfər sağalıb

Dünya xəbərləri Materials 11 Avqust 2021 03:19 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 124 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 264 647 nəfər test edilib, 26 597 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 14 954 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti