Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 852 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 322 241 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 170 nəfər, hazırkı dövrədək isə 131 149 nəfər vəfat edib.