...

Almaniyada tələbələr naməlum kimyəvi maddədən zəhərlənib

Dünya xəbərləri Materials 24 Avqust 2021 12:29 (UTC +04:00)
Almaniyada tələbələr naməlum kimyəvi maddədən zəhərlənib

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın qərbindəki Darmştadt şəhərinin universitetindən yeddi nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, zəhərlənənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, universitetin korpuslarının birində su butulkalarında və süd paketlərində naməlum kimyəvi maddə aşkar edilib.

Hazırda insidentlə bağlı araşdırma aparılır. Universitet rəhbərliyi hadisənin cinayət xarakteri daşıya biləcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti