...

Venesuela prezidenti daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan etdi

Dünya xəbərləri Materials 26 Avqust 2021 06:56 (UTC +04:00)
Venesuela prezidenti daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan etdi

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro ölkənin qərbində və cənubunda şiddətli daşqınlarla əlaqədar fövqəladə vəziyyət barədə fərmanı imzalayıb.

Trend-in məlumatına görə, bu barədə N.Maduro "Twitter"də yayımlanan müşavirə zamanı deyib.

Venesuela prezidenti bildirib: "Apure, Bolivar, Yarakuy, Sulia və Merida ştatlarında təbii fəlakətlərə səbəb olan yağışlar ilə əlaqədar 90 günlük fövqəladə vəziyyət barədə fərman imzalamaq istəyirəm".

Onun sözlərinə görə, bu tədbir təbii fəlakətin nəticələri ilə mübarizəsində lazımi vəsaitin ayrılmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti