Bakı. Trend:
Əfqanıstanın Kabil hava limanı tamamilə "Taliban" hərəkatının nəzarətinə keçib.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı hərəkatın rəhbərliyindən olan mənbələrə istinadən bildirib.
"Taliban"ın nümayəndəsi qeyd edib: "ABŞ Silahlı Qüvvələri Kabil hava limanını tərk etdikdən sonra ora tamamilə nəzarətimizə keçib".