...

Əfqanıstanda ölkədaxili uçuşlar bərpa olunur

Dünya xəbərləri Materials 3 Sentyabr 2021 14:27 (UTC +04:00)
Əfqanıstanda ölkədaxili uçuşlar bərpa olunur

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın "Ariana Afghan Airlines" aviaşirkəti bu gündən etibarən ölkədaxili uçuşların bərpa olunacağını elan edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi nümayəndəsi bildirib.

Qeyd olunub ki, ölkədaxili uçuşların bərpası üçün "Taliban" və milli aviasiya tənzimləyicisindən icazələr alınıb. İlk reysin yaxın saatlarda həyata keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Əfqanıstanda uçuşlar "Taliban" hərəkatının ölkədə nəzarəti ələ keçirməsindən sonra dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti