...

Türkiyə prezidenti İtaliyanın Baş naziri ilə Əfqanıstan və Liviyanı müzakirə etdi

Dünya xəbərləri Materials 9 Sentyabr 2021 05:56 (UTC +04:00)
Türkiyə prezidenti İtaliyanın Baş naziri ilə Əfqanıstan və Liviyanı müzakirə etdi

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqədar İdarəsi bildirib.

Məlumata əsasən, Əfqanıstan və Liviyadakı vəziyyət də daxil olmaqla ikitərəfli və regional məsələlər müzakirə edilib.

R.T. Ərdoğan qeyd edib ki, Ankara NATO üzrə müttəfiqi olan İtaliyadan, Türkiyə kimi, ikitərəfli əlaqələrə eyni əhəmiyyət verməsini gözləyir.

R.T.Ərdoğan Əfqanıstana humanitar yardımın çatdırılmasını təmin etmək üçün Talibanla əməkdaşlığa davam etmənin vacibliyini də vurğuladı. Türkiyə lideri xəbərdarlıq etdi ki, əks təqdirdə miqrasiya təzyiqinin artması gözlənilməlidir.

Tərəflər Liviyadakı vəziyyəti də müzakirə ediblər. Dövlət başçısı Türkiyənin Liviyada elan edilən seçkilərin planlaşdırıldığı vaxtda keçirilməsinin tərəfdarı olduğunu vurğuladı.

İtaliya Baş naziri Türkiyə prezidentini oktyabr ayında Romada keçiriləcək G-20 zirvə toplantısında iştirak etməyə dəvət etdi.

Telefon danışığı İtaliya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti