...

İraqda hava limanının ərazisində bir neçə partlayış baş verib

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 06:19 (UTC +04:00)

Bakı. Trend:

İraqın Ərbil şəhərinin hava limanının ərazisinə partlayıcı maddələrlə doldurulmuş dronlarla hücum edilib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, hücumlar zamanı baş verən partlayışlar nəticəsində ölən və xəsarət alan olmayıb.

Bildirilir ki, hava limanının ərazisində təxminən 6 partlayış baş verib.

Qeyd edək ki, Ərbil şəhərinin hava limanı yaxınlığında ABŞ hərbçiləri yerləşdirilib. Onlar son bir il ərzində bir neçə dəfə hücuma məruz qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti