...

İngiltərədə COVID pasporları tətbiq olunmayacaq

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 20:48 (UTC +04:00)
İngiltərədə COVID pasporları tətbiq olunmayacaq

Bakı. Trend:

Böyük Britaniya hakimiyyəti İngiltərədə gecə klublarına və genişmiqyaslı tədbirlərə daxil olmaq hüququ verən peyvənd pasportlarını tətbiq etməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib.

Nazir vurğulayıb: "Sadəcə pasportlar olsun deyə həmin vaksin pasportları tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunam".

Qeyd edək ki, İngiltərədə vaksin pasportlarının tətbiqi planı ayın sonunda qüvvəyə minməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti