...

İtaliyada mafiyaya qarşı iri əməliyyat keçirilib: 60-a yaxın saxlanılan var

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 11:14 (UTC +04:00)
İtaliyada mafiyaya qarşı iri əməliyyat keçirilib: 60-a yaxın saxlanılan var

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın bir neçə vilayətində mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 57 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin əksəriyyətinin İtaliyanın cənubunda fəaliyyət göstərən "ndrangeta" mafiyasına mənsub olduğu bildirilir.

Qeyd olunur ki, həmin şəxslər İspaniya və Şimali Avropa ölkələrindən narkotik vasitələrin İtaliyaya idxalı ilə məşğul olurmuş.

Əməliyyat zamanı, həmçinin 3,7 milyon avro məbləğində əmlak müsadirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti