...

Ekvador həbsxanadakı iğtişaşlarda 24 nəfər ölüb

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 04:43 (UTC +04:00)
Ekvador həbsxanadakı iğtişaşlarda 24 nəfər ölüb

Bakı. Trend:

Ekvadorda həbsxanalarda baş verən atışmalarda ən az 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Quayas vilayətinin hakimiyyəti öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, hadisə Quayakil şəhərində baş verib.

Hakimiyyət orqanları atışmanın səbəbinin həbsxanadakı müxtəlif quldur dəstələrinin nümayəndələri arasındakı münaqişə olduğunu qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti