Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyədə koronavirusa qarşı vurulan vaksin dozalarının sayı 110 milyonu ötüb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Hesabata əsasən, bu günədək Türkiyədə 53,9 milyondan çox birinci doza, 44,8 milyondan çox ikinci doza və 11,2 milyondan çox üçüncü doza vaksin vurulub. Ümumi istifadə olunan dozaların sayı 110,2 milyonu keçib. Beləliklə ölkədə əhalinin 86,9 faizi birinci, 72,1 faizi hər iki doza ilə peyvənd olunub.
Qeyd edək ki, ötən gün Türkiyədə 28 mindən çox şəxs virusa yoluxub, 210 nəfər vəfat edib.