...

Omanda "Şahin" qasırğası azı 12 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 20:24 (UTC +04:00)
Omanda "Şahin" qasırğası azı 12 nəfərin ölümünə səbəb olub

Bakı. Orxan Nəbiyev - Trend:

Omanda tüğyan edən "Şahin" qasırğası nəticəsində azı 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, tropik qasırğa sürətini kəskin azaldaraq cənub-qərb istiqamətinə hərkət edir.

Qasırğa Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etsə də, onun heç bir təhlükə törətməcəyi bildirilib.

Ötən gün qasırğa Omanda böyük dağıntlara səbəb olub. Paytaxt Maskatda çoxlu sayda küçə su altında qalıb. Həlak olanlar, əsasən, su axınlarının aparması nəticəsində həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti