Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 33 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Muzəffər Məhəmmədxani deyib.
M.Məhəmmədxaninin sözlərinə görə, Tehran-Məşhəd istiqamətində hərəkət edən avtobus Damğan-Şahrud magistral yolunun 30-cu kilometrliyində aşıb.
Məhəmmədxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.
Faktla bağlı araşdırma aparılır.