...

Rusiyada daha 984 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 13 Oktyabr 2021 13:02 (UTC +04:00)
Rusiyada daha 984 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirus infeksiyasından gündəlik ölüm hallarında ard-arda ən yüksək göstəricilər qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 984 nəfər vəfat edib. Bir gün əvvəl 973 ölüm faktı qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusdan ölənlərin sayı 219 329 nəfərə çatıb.

Eyni zamanda son sutka ərzində 28 717 nəfər koronavirusa yoluxub. Bu günədək Rusiyada virusa yoluxanların sayı 7,86 milyon nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti