...

Hindistanda daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 10:26 (UTC +04:00)
Hindistanda daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın cənub ştatlarında həftə sonunda baş vermiş daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb.

Trend-in məlumatına görə, 23 nəfər Kerala ştatında, daha 3 nəfər isə Tamilnad ştatında həyatını itirib.

Daha iki nəfərin itkin düşdüyü hesab edilir.

Qeyd olunur ki, mövsümi musson yağışları bölgədə ciddi fəsadlara səbəb olub. Daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar bir neçə yaşayış məntəqəsinin ətraf aləmlə əlaqəsi tamamilə kəsilib.

Xilasetmə işlərinə hərbçilər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti