...

Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Oktyabr 2021 12:38 (UTC +04:00)
Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Ryazan vilayətində "Elastik" barıt zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 16 nəfər həlak olub.

Qeyd olunur ki, hadisə zamanı zavodda 17 nəfər olub.

Məlumata əsasən, zavodda istehsal avadanlığının işə salınması zamanı partlayış baş verib və zavodun tikililərindən biri çöküb.

Hadisə yerində axtarış işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti