...

Bayden G20 sammitində iştirak etmək üçün İtaliyada səfərdədir

Dünya xəbərləri Materials 29 Oktyabr 2021 07:05 (UTC +04:00)
Bayden G20 sammitində iştirak etmək üçün İtaliyada səfərdədir

Bakı. Trend:

G20 ölkələri liderlərinin görüşündə iştirak etmək üçün İtaliyaya yola düşən ABŞ Prezidenti Cozef Baydenin təyyarəsi Romanın Fiumiçino şəhərinin Leonado da Vinçi hava limanına enib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, dövlət başçısının təyyarəsi Bakı vaxtı ilə saat 04:24-də eniş edib, saat 04:36-da isə ABŞ Prezidenti və onun xanımı Cill Bayden təyyarədən çıxıblar.

Daha sonra onlar kortecə minərək hava limanını tərk ediblər.

Qeyd edilir ki, C.Baydenin Avropaya səfərinin ilk dayanacağı Vatikan olacaq. Burada Roma Papası Fransisk ABŞ liderini qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti