Bakı. Trend:
Ənsar Allah (husilər) hərəkatı tərəfdarlarının Yəmənin Marib əyalətinin Əl Cuba bölgəsinə atdığı raket zərbələri nəticəsində azı 29 nəfər ölüb və ya yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin niformasiya, mədəniyyət və turizm naziri Muammar Al-İryani öz Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, buraxılmış ballistik raketlər məsçidə və dini mərkəzə düşüb.
Bildirilir ki, olən və yaralılar arasında qadın və uşaqlar var.